AZ

Pakistan Ali Məhkəməsinin hakimi: İqlim maliyyəsi yeni insan hüququdur

"Maliyyə olmasa, adaptasiya edə bilmərik, itki və zərərlə məşğul ola bilmərik. Beləliklə, iqlim maliyyəsi yeni insan hüququna çevrilir".


Bunu APA-ya Pakistan Ali Məhkəməsinin hakimi Mansur Ali Şah deyib.

"Qlobal cənubdan Pakistan kimi ölkələr iqlim dəyişikliyindən təsir görür. Beləliklə, bizim strategiyamız adaptasiyadır, çünki biz bu yeni iqlimə uyğunlaşmalıyıq. Biz isə istixana qazlarının emissiyaları əsas istehsalçısı deyilik. Bu çərçivədə, biz bir sıra şeylər haqqında danışdıq, xüsusən də iqlim maliyyəsinin bizim üçün ən vacib şey olduğu barədə. Maliyyə olmasa, adaptasiya edə bilmərik, itki və zərərlə məşğul ola bilmərik. Beləliklə, iqlim maliyyəsi yeni insan hüququna çevrilir. Pakistan pavilyonundan bunu deyirdik. Bərbaedici ədalət yeni iqlim ədalətidir”, - Mansur Ali Şah qeyd edib.

O bildirib ki, inkişaf etmiş ölkələrin iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrə ödəməli olduqları iqlim borcu var: “Ən azı, məhkəmə və hökumət tərəfdən deyə bilərəm ki, COP29-un bütün diqqəti ondan ibarətdir ki, bizə iqlim maliyyəsi lazımdır. İnkişaf etmiş ölkələr isə bu maliyyəni iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrə verməlidirlər. Məhz onlar və onların istehsal emissiyaları səbəbindən bir çox aşağı gəlirli ölkələr üçün bu problem yaranıb. Onların iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrə xoşməramlılıq jesti kimi deyil, bir hüquq və öhdəlik kimi mənəvi öhdəlik, qanuni öhdəliyi var ki, adaptasiya ehtiyaclarına, eləcə də itki və zərər məsələlərinə cavab verə bilsinlər".


Aysel Naibova

Seçilən
44
apa.az

1Mənbələr