Abşeron rayonu Xırdalan şəhərində Heydər Əliyev prospektindəki piyada zolağı silinib.
Bununla bağlı izləyicilərdən biri Avtosfer.az-a foto və videomaterial göndərib. Onun sözlərinə görə, sözügedən ərazidə piyada keçidi nişanı yoxdur, çəkilmiş zolaq isə uzun müddətdir ki “yoxa çıxıb”. Nəticədə ərazidən keçən piyadalar əziyyət çəkir.
Ərazidə piyada keçidinin ləğv olunduğu, yaxud nişan olmadan zolaq çəkildiyi bəlli deyil.
Görüntülərdə yerdə zolağın olduğu əks olunub. Lakin qanunvericiliyə əsasən piyada keçidi nişanı olmasa zolaq əhəmiyyətini itirir.
Məsələylə bağlı AYNA-nın mətbuat katibi Tural Orucov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, regionlarda, o cümlədə də Abşeron rayonu ərazisində yol nişanlarının quraşdırılması və nişanlanma xətlərinin çəkilməsi səlahiyyəti dövlət başçısının 13 mart 2024-cü il tarixli Fərmanı ilə AYNA-ya verilib. Müxtəlif qurumlarla təhvil-təslim işləri həyata keçirilir. Bu işlər yekunlaşandan sonra regionlar üzrə mərhələli şəkildə icra olunan məsələlər arasında bu müraciətə də baxılacaq.
Nərmin