AZ

Kurban Berdiyev Ehtiram Quliyevi təhdid etdi, “gerisayım” başladı – SON DƏQİQƏ XƏBƏRİ!

Kurban Berdiyev «Turan Tovuz» rəhbərliyinə ultimatum verib.

Bu haqda klubdan redaksiyamıza yeni məlumat daxil olub.

İdarə Heyətinin sədri Ehtiram Quliyevin yaxın çevrəsinə aid şəxsin saytımıza verdiyi xəbərə görə, tərəflər arasında gərginlik pik həddə çatıb. Belə ki, rusiyalı çalışdırıcı Premyer Liqanın 13-cü turunda «Səbail»lə 1:1 başa çatan matçdan sonra Quliyevi şərt qarşısında qoyub.

72 yaşlı mütəxəssis məğlubiyyətdən güclə qurtulan komandanın ünvanına xeyli tənqidi fikirlər səsləndirib, «bu futbolçular çox zəifdir, mən onlarla mövsümü beşinci-altıncı yerdə bitirə bilərəm» deyib.

«Rubin»in sabiq sükançısı mövcud şərtlərlə işini davam etdirmək istəmədiyini, bunun mənasız olduğunu bildirib.

Berdiyev «mən bura nəticə qazanmağa gəlmişəm, özümü biabır etməyə yox» söyləyib. O, təcili Rusiyaya dönüş biletinin alınmasını tapşırıb və bir azdan aeroporta yollanacağını iddia edib.

Ehtiram Quliyev baş məşqçinin davranışından pərt olub, amma özünü itirməyib. Sədr Berdiyevi bura gətirmiş şəxslərlə tez-tələsik əlaqə yaradıb, vəziyyəti izah edib.

Bu söhbət əsnasında iş adamına məlum olub ki, türkmən kökənli mütəxəssisin «qarnının ağrısı» nədir.

Quliyev bilib ki, o, 2 transferin üstündə aləmi bir-birinə vurub. Söhbət hansı transferlərdən gedir? Deməli, Berdiyev hələ bir müddət öncə rəhbərlik qarşısında belə bir tələb qaldırıb.

Biri hücumçu, digəri yarımmüdafiəçi olmaqla, iki legionerin alınmasına vəsait ayrılmasını istəyib. Lakin tikinti maqnatı həmin əcnəbilərin alınmasına büdcə ayrımaqdan imtina edib.

Onu hardasa başa düşmək mümkündür, çünki baş məşqçinin transferlərinə israr etdiyi futbolçuların qiyməti üst-üstə 1,8 milyon dollardır.

Bu oyunçuların klubun başçısına «kinder sürpriz» kimi görünməsinin bir səbəbi də var.

Ona məlum olub ki, Berdiyev yazın dostluq münasibəti saxladığı və uzun illər bərabər çalışdığı menecerin vasitəsilə onları «Turan»a gətirmək fikrindədir. Hansı ki, iranlı müdafiəçi Araş Qaderini də məhz həmin agent Tovuza dürtüşdürüb.

SPORTİNFO.AZ

Seçilən
49
3
editor.az

4Mənbələr