AZ

“Mədəniyyətə əsaslanan iqlim fəaliyyətinin dostları Qrupu”nun ilk şərtlər toplusu təsdiqlənib

Azərbaycanda keçirilən COP29 çərçivəsində iqlim dəyişikliyi və mədəniyyət mövzusu müzakirələrdən kənarda qalmadı. Bu gün müxtəlif ölkələrdən mədəniyyət nazirləri və həmin nazirlikləri təmsil edən geniş mütəxəssis heyətinin iştirakı ilə Mədəniyyət əsaslı İqlim Fəaliyyəti üzrə 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu Görüşü oldu. İclasda "Mədəniyyət və iqlim dəyişikliyi" mövzusu əsas müzakirəmizə çevrildi.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.

“İclasın vacib məqamlardan biri COP28-də əsası qoyulan və bu gün təsdiqlənən “Mədəniyyətə əsaslanan iqlim fəaliyyətinin dostları Qrupu” təşəbbüsüdür. Bu gün həmin təşəbbüs qrupunun ilk şərtlər toplusu təsdiq edilmiş oldu. Təbii ki, Azərbaycan də buna qoşularaq Birləşmiş Ərəb Əmirliyi və Braziliya ilə birgə "Dostlar qrupu" təşəbbüsünün həmsədri olaraq təqdim edildi. Bu gün Azərbaycanın sədrliyi ilə bu şərtlər toplusu ölkələr tərəfindən qəbul edildi", - deyə nazir diqqətə çatdırıb.

A.Kərimlinin sözlərinə görə, artıq "Dostlar qrupu"nun üzvlərinin sayı get-gedə çoxalır və dünya ictimaiyyətinin diqqəti məhz mədəniyyətin iqlimə təsiri mövzusunda daha da genişlənmiş olur.

Seçilən
24
ikisahil.az

1Mənbələr