AZ

"Human Rights Watch" İsraili Qəzzada hərbi cinayətlərdə ittiham edib

İsrail rejimi Qəzza zolağında hərbi cinayətlər və bəşəriyyətə qarşı cinayətlər, o cümlədən Qəzzanın bir hissəsindən fələstinlilərin etnik təmizlənməsinə bərabər olan kütləvi məcburi köçkünlər edir.

Bakues.az "The Guardian"a istinadən xəbər verir ki, bu, Nyu-Yorkda yerləşən "Human Rights Watch" hüquq müdafiə təşkilatının hesabatında yer alıb.

Hesabatda iddia olunub ki, İsrailin əmri ilə təxliyə edilən və çadır düşərgələrində sıxışdırılan minlərlə fələstinli İsrailin təyin etdiyi humanitar zonalarda öldürülüb.

Qəzzada, xüsusən də Qəzzanı yarıya qədər kəsən hərbi yolda və sərhəd boyunca bufer zonada evlərin və mülki infrastrukturun bilərəkdən sökülməsi bir çox fələstinlini daimi olaraq köçkün salacaq.

İsrailin Qəzzada 13 aydır davam edən hücumları nəticəsində əksəriyyəti qadın və uşaqlar olaraq, 43 mindən çox fələstinli öldürülüb.

Gülşən Şərif

Seçilən
31
bakivaxti.az

1Mənbələr