Müharibə səbəbindən kütləvi səfərbərlik həyata keçirilən Ukraynanın əmək bazarında kişi çatışmazlığı yaranıb.
“AzPolitika” Ukrayna mediasına istinadla xəbər verir ki, Ukrayna Nazirlər Kabineti qadınların ənənəvi “kişi peşələrinə” hazırlanması və işə götürülməsi üzrə pilot layihəni təsdiqləyib. Bu barədə deputat Aleksey Qonçarenko məlumat verib və belə peşələrin siyahısını təqdim edib.
Bu peşələrə sürücü, elektrik, qaz qaynaqçısı, krançı, mexanik, tokar, traktorçu və başqaları aiddir.
“AzPolitika.info”