AZ

“Biz yorulmuşuq” - “The New York Times” ukraynalı yazıçının məqaləsini dərc edib

Rus işğalının başlanğıcında ukraynalılar müttəfiqlərin dəstəyi ilə qələbənin qaçılmaz olduğuna inanırdılar. İndi bu inam getdikcə azalır. Donald Trampın ABŞ seçkilərində qələbəsindən sonra ukraynalılar arasında müharibənin bitməsi ssenariləri ilə bağlı bədbinlik yaranıb.

“AzPolitika” xəbər verir ki, ukraynalı yazıçı Andrey Kurkovun “The New York Times” üçün məqaləsində belə deyilir.

Müəllif Ukrayna cəmiyyətində qələbəyə ümidin tükəndiyini vurğulayır: “2022-ci ilin yazında, ordumuz Kiyevətrafı ərazilərdə rus qoşunlarını məğlub edəndə, sonra isə demək olar ki, bütün Xarkov vilayətini azad edən zamanlar oldu. O vaxt inam var idi ki, Ukrayna öz müttəfiqlərindən dəstək haqqını qazanıb və biz birlikdə Rusiyanın təcavüzünü dəf edəcəyik. Lakin biz artıq yorulmuşuq. Ordumuz şərqdə bəzən gündə bir mil geri çəkilir. Artıq soyuq mövsüm başlayır. Bu qədər elektrik stansiyasının dağıdıldığını nəzərə alsaq, qışla bağlı perspektivlər acınacaqlıdır”.

Kurkov qeyd edir ki, Rusiya öz hərbi iqtisadiyyatını tam gücü ilə işə salıb və cəbhədə çoxlu sayda insan və texnikanı amansızcasına yandırır: “Lakin Qərbin yardımı və özü qətiyyətsizdir. Trampın ABŞ seçkilərində qələbəsi ilə Ukraynaya yardımın əleyhdarlarının səsi daha da ucaldı və ukraynalıların özləri də qorxurlar ki, indi Vaşinqton nəinki bütün yardımları dayandıracaq, həm də Kiyevi işğalçıya əhəmiyyətli güzəştlərə getməyə məcbur edəcək. Biz cənab Trampın sülh planının dərcini və onun bizə taleyimizi deməsini gözləyirik…”

“AzPolitika.info”

Seçilən
36
azpolitika.info

1Mənbələr