AZ

Avropanın qapısını yeni miqrant krizi döyür - Qapını açmağa hazırdılarmı?

ABŞ-də prezident seçkilərində qalib gələn Donald Trampın Ukraynaya “tələsik atəşkəs” üçün təzyiq göstərməsi xəbəri Avropan yeni miqrasiya dalğası ehtimalı ilə təşvişə salıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni prezident vəzifəsinin icrasına başlamazdan əvvəl davam edən müharibələri dayandıracağına söz verib, lakin buna necə nail olacağına dair heç bir təfərrüat açıqlamayıb. Xüsusilə də onun "tələsik atəşkəs" üçün Ukraynaya təzyiq edə biləcəyi ilə bağlı məlumatlar çoxalıb.

Kiyevin ən böyük maliyyə və hərbi dəstəkçisi olan Bayden administrasiyasından fərqli olaraq, Trampın Ukraynaya maliyyə dəstəyini geri çəkə biləcəyinə dair fikirlər həm Ukraynanı, həm də Avropanı qorxudur.

Rusiya prezidenti Putin və yeni prezident Tramp arasında ABŞ seçkilərindən dərhal sonra telefon danışığı olduğu və Trampın Rusiyanın qazandığı torpaqları özündə saxlaması ilə bağlı razılaşmaya müsbət yanaşdığı iddia olunur. Kreml razılaşma iddialarını rədd etsə də, Trampın atəşkəs təzyiqinə görə Rusiyaya torpaq güzəştini istisna etmir.



Britaniyanın "Daily Mail" qəzeti yazır ki, Avropa hazırda altı milyona yaxın ukraynalı qaçqını qəbul edib, Kiyev ərazisini Rusiyaya verməyə məcbur olarsa, bu rəqəm sürətlə arta bilər.

Rusiya üstünlük əldə edəcəyi təqdirdə 9-20 milyon arası ukraynalının xaricdə sığınacaq axtaracağı təxmin edilir. Araşdırmalara görə, bu miqrasiya hərəkatının həcmi İkinci Dünya Müharibəsinin bitməsindən sonra Avropada görünməmiş miqyasda ola bilər.



Almaniya siyasətçiləri də Rusiya qələbə qazanacağı təqdirdə Avropaya kütləvi miqrasiyanın baş verəcəyini bildirib.

Elgün, Bakupost

Seçilən
34
bakupost.az

1Mənbələr