AZ

Bu ərazidə qanunsuz tikililər söküldü - FOTO

Gəncədə qanunsuz tikintilərə qarşı monitorinqlər aparılır.

Milli.Az xəbər verir ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Monitorinqlər zamanı, şəhərin Məhsəti qəsəbəsində, Gülüstan yaşayış massivində yerləşən Tofiq Bağırov küçəsində və şəhərin digər hissələrində müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan qeyr-yaşayış sahəsi aşkarlanaraq söküntüsü təmin edilib.

Qeyd edək ki, aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
49
11
milli.az

10Mənbələr