AZ

Rusiya parlament nümayəndə heyəti ölkəmizə səfərə gəlib

Bakı. Trend:

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasısədrinin birinci müavini Andrey Yatskin və Rusiya FederasiyasıFederal Məclisinin Dövlət Duması sədrinin müavini Petr TolstoyBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası çərçivəsində Azərbaycan RespublikasıMilli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığıilə keçiriləcək Parlament Görüşündə iştirak etmək üçün ölkəmizəsəfərə gəliblər.

Parlamentdən Trend-əbildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqlarıMilli Məclisin deputatları Nizami Səfərov, Xanlar Fətiyev və digərrəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də BakıdaParlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığıilə Parlament Görüşü keçiriləcək. Görüşdə 66 ölkədən və beynəlxalqtəşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçınınqatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167parlament üzvünün iştirakı gözlənilir.

Seçilən
50
2
az.trend.az

10Mənbələr