"Bayern Münhen"in və Almaniya millisinin futbolçusu Tomas Müller xanımına qeyri-adi hədiyyə edib.
Fanat.Az xəbər verir ki, məlumatı "Bunte" yayıb.
Mənbənin məlumatına görə, alman hücumçu həyat yoldaşına şəxsi təyyarə alıb. O, bunun üçün 2,4 milyon avro xərcləyib. "Pilatus PC-12/45" modelindən olan təyyarə 2004-cü ildə yığılıb və 8 sərnişin üçün nəzərdə tutulub.
Lisa Müller hazırda təyyarə və helikopter pilotu lisenziyasını almaq üçün prosedurları yerinə yetirir.
Tomas Müller bu mövsüm Bundesliqada 10 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa