AZ

Şolz Putindən qoşunların Ukraynadan çıxarılmasını tələb edib

...Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Rusiya liderindən qoşunların Ukraynadan çıxarılmasını tələb edib.

SİA xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.

...Kansler Rusiyanı ədalətli və davamlı sülhə nail olmaq üçün Ukrayna ilə danışıqlara hazır olduğunu nümayiş etdirməyə çağırıb.

Bunu agentliyin həmsöhbəti bildirib.

Mənbə onu da bildirib ki, Şolz Rusiya liderinə zəng etməzdən əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb və Vladimir Putinlə söhbətdən sonra söhbətin nəticələrini ona çatdırmaq niyyətindədir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin Almaniya kansleri Olaf Şolzla telefonla danışdığı bildirilirdi. Söhbət nəticəsində ikitərəfli əlaqələrin gələcəkdə də davam etdirilməsi barədə razılığa gəliblər.

Əli Babayev

Seçilən
36
16
sia.az

8Mənbələr