AZ

“Avrokuboklardan sonra bir çox komanda özünə gələ bilmir”

“Yaranan fasilədən yararlanaraq, fiziki hazırlığımızı daha da yüksəldib, qarşıdan gələn oyunlara hazırlaşmağa başlamışıq. Fikirimcə, oyunlara daha istəkli və daha da düzgün hazırlamalıyıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Zirə”nin futbolçusu Hacıağa Hacılı deyib.

Yarımmüdafiəçi bu mövsüm yenidən ən azı keçənilki nəticələrini təkrarlamağa çalışscaqlarını bildirib: “Matçların bəzi hissələrində oyundan qopuruq və bu, bizdə balansı pozur. Belə olduqda qeyri-stabil oyun nümayiş etdiririk. Əslində, üzücü haldır ki, avrokuboklardan sonra bir çox komanda özünə gələ bilmir. Avropada yaxşı çıxış etsə belə, milli çempionatda qeyri-sabit oyun göstərir. Buna misal olaraq özümüzü də göstərə bilərəm. Amma buna baxmayaraq, bu il yenidən ən azı keçənilki nəticələrimizi təkrarlamağa çalışacağıq. Bunun üçün də rəqiblərimizi qabağa buraxdığımızı bilirik. Qışa qədər xal fərqini azaldıb, qışdan sonra isə rəqiblərimizi keçməyə çalışacağıq. Hətta gələn tur rəqibimiz Azərbaycanın köklü klublarından olan “Neftçi”dir. Onlar da bu matça mütləq qələbə üçün çıxacaqlar. Çətin oyun olacağını bilirik, amma qələbə qazanmaq üçün hər şeyi edəcəyik”.

GÜNAY SÜLEYMANOVA

Seçilən
24
futbolinfo.az

1Mənbələr