AZ

Bakı Limanı və “Tiza Green Energy” şirkəti Azərbaycanda günəş enerjisi ilə BESS sisteminin inteqrasiya olunduğu ilk layihəyə start verib - FOTO

Bakı
COP 29 çərçivəsində Bakı Limanı və Malaziyanın “Tiza Green Energy” şirkəti Azərbaycanda günəş enerjisi ilə BESS sisteminin inteqrasiya olunduğu ilk layihəyə start verib. Bu gün Azərbaycanın bərpa olunan enerji sektoru üçün önəmli bir yenilik olaraq, Bakı Limanı ilə “Citaglobal” şirkətinin törəməsi olan “Tiza Green Energy” ilə 5,4 MVt gücündə günəş enerjisi ilə işləyən fotovoltaik (PV) qurğusunun inşası üçün çərçivə müqaviləsi imzalayıb.
Müqaviləni Bakı Limanının Baş direktoru Taleh Ziyadov və “Tiza Green Energy”-nin Prezidenti və icraçı direktoru cənab Norza Zakari imzalayıblar. Bakı Limanında 5,4 MVt gücündə günəş fotovoltaik qurğusunun istifadəyə verilməsi Azərbaycanın təmiz enerjiyə keçidində irəliyə doğru mühüm addımdır. “Tiza Green Energy”, “Citaglobal”-ın istehsalı olan BESS qurğusunu yerləşdirəcək və bu, limana istehsal olunan günəş enerjisinin bir qisminin liman ehtiyacları üçün istifadə etməyə, qalan hissəsinin isə BESS sistemində saxlanmasını və ehtiyac yarandığda daha sonra istifadə olunmasını mümkün edəcəkdir. Bu, günəş enerjisi ilə inteqrasiya olunmuş Batareya Enerji Saxlama Sisteminin (BESS) ölkə ərazisində ilk tətbiqi olacaqdır. Layihə tamamlandıqdan sonra limanda karbon emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və bərpa olunan mənbələrdən istifadə vasitəsilə enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş Bakı Limanının Yaşıl Liman sahəsindəki statusuna töhfə verəcək. Bununla də ənənəvi şəbəkə enerjisindən asılılıq azalacaqdır. Müqaviləyə əsasən liman ərazisində olan binaların damlarında günəş panelləri qurulacaqdır. “2019-cu ildən bəri Xəzər regionunda ilk Yaşıl Liman statusunu alaraq ətraf mühitə təsirimizi minimuma endirmək üçün mühüm tədbirlər həyata keçirmişik. Strategiyamız 2035-ci ilə qədər sıfır karbon emissiyasına (net-zero emission) nail olmaqdır və mən əminəm ki, “Tiza Green Energy” ilə tərəfdaşlığımız bizi dayanıqlı təcrübələrdə lider kimi mövqeləndirəcək və limanda CO2 emissiyalarımızı əhəmiyyətli dərəcədə azaldacaq. Günəş enerjisi və BESS texnologiyasının inteqrasiyası həm iqtisadi, həm də ətraf mühitin mühafizəsi üzrə öhdəliyimizi gücləndirərək, enerji idarəçiliyi üzrə böyük imkanlar yaradacaqdır” – deyə Bakı Limanının Baş direktoru Taleh Ziyadov bildirib. “Tiza Green Energy”-nin prezidenti və icraçı direktoru cənab Norza Zakari isə qeyd edib ki, “Bu müqavilə günəş enerjisi və BESS texnologiyasını mükəmməl şəkildə birləşdirən innovativ həll yolu ilə Azərbaycanın bərpa olunan enerji sahəsinin irəliləyişində mühüm mərhələdir. Tətbiq etdiyimiz həll, Bakı Limanında təmiz enerji istifadəsini artırmaqla yanaşı davamlı, sərfəli enerji həllərinə də tövfə verəcəkdir.” Eyni zamanda, tədbir çərçivəsində Bakı Limanı tərəfindən COP29 yazısı və loqosu olan xalça qonaqlara təqdim edilib, “Tiza Green Energy” isə Bakı Limanına solar panel üzərində dəyərli bir rəsm əsəri hədiyyə edib. Müqavilə COP 29-da “Yaşıl Enerji Günü”ndə imzalanıb – hansı ki, bu gün innovativ enerji həllərinin reallaşması, qlobal iqlim məqsədlərinin irəlləməsi və 2050-ci ilə qədər enerji kompleksində bərpa olunan mənbələrin payını 60%-ə çatdırmaq kimi Azərbaycanın məntiqli və düz hesablanmış hədəfi əks olunubdur.
Seçilən
48
14
1news.az

10Mənbələr