AZ

Mauro İkardi-Vanda Nara münasibətində yeni mərhələ: "Məni axmaq yerinə qoydu"

"Qalatasaray"ın hücumçusu Mauro İkardi Vanda Nara ilə münasibətləri ilə bağlı açıqlama verib.

İdman.biz xəbər verir ki, argentinalı futbolçu həyat yoldaşına şiddət göstərmədiyini bildirib.

Mauro hər şeyin Vanda tərəfindən psixoloji təsir olduğunu deyib: "Hər şey Naranın şişirtməsidir. Heç bir halda şiddətdən istifadə etməmişəm. Ora mənim evimdir və hüquqlarım var. Hər şey şəxsi məqsədlər üçün istifadə olunur. Mesajlarımı nümayiş etdirərkən məni hamı qarşısında axmaq yerinə qoydu və bu, psixoloji şiddətdir".

Qeyd edək ki, Argentina mətbuatı İkardinin həyat yoldaşına şiddət göstərməsi üzündən məhkəməyə çağrıldığını yazıb.

İdman.biz

Seçilən
30
idman.biz

1Mənbələr