AZ

Buğda istehsalı artacaq



2024/2025-ci məhsul ili üzrə qlobal buğda istehsalında artım proqnozlaşdırılır.

Newscenter.az xəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin Kənd Təsərrüfatı və Ərzaq Məhsulları üzrə Dünya Bazar Konyukturasına dair icmalda qeyd edilib.

Bildirilib ki, 2024/2025-ci məhsul ilində 2023/2024-cü ilə nəzərən buğda istehsalı 5 milyon ton artaraq 795 milyon ton olacağı gözlənilir.

Məcmu təklifin həcm göstəricisinin 2023/2024-cü məhsul ili ilə müqayisədə 3 milyon ton azalaraq 1061 milyon ton olacağı
proqnozlaşdırılır.
Qlobal buğda ehtiyatları həcminin 2023/2024-cü məhsul ili ilə də müqayisədə 2024/2025-ci məhsul ilində 3.0% azalacağı və
258 milyon tona enəcəyi gözlənilir. Nəticədə dünya üzrə ehtiyatların istehlaka nisbəti göstəricisi 32% səviyyəsində olacaq.
Ötən mövsümə nəzərən cari mövsümdə əsas buğda ixracatçısı olan ölkələrdə ilin əvvəlinə olan qalıq həcminin 5 milyon ton
azalaraq 62 milyon ton, istehsal həcminin isə 2023/2024-cü məhsul ili ilə müqayisədə 0.5% azalaraq (383 milyon ton) olacağı
gözlənilir. Bununla da əsas ixracatçı ölkələr üzrə ümumi təklif səviyyəsi 7 milyon ton az (445 milyon ton) olacaq.
4
Dünya buğda ticarətinin 2024/2025-ci məhsul ilində əvvəlki məhsul ili ilə müqayisədə 2.7% azalaraq 215 milyon ton olacağı
proqnozlaşdırılır.
Çində ilin əvvəlinə olan qalıq həcminin 2023/2024-cü məhsul ili ilə müqayisədə 4 milyon ton azalaraq 135 milyon ton olacağı
gözlənilir.
Qara dəniz regionu ölkələri qrupu üzrə əvvəlki məhsul ilinə nəzərən 2024/2025-ci məhsul ilində istehsal həcminin 2.4%
azalaraq 137.6 milyon ton, ixracın isə 10.0% azalaraq 76.3 milyon ton olacağı proqnozlaşdırılır
Seçilən
25
1
newscenter.az

3Mənbələr