AZ

GÜRCÜSTANIN İŞĞALDA OLAN ABXAZİYASINDA VƏZİYYƏT "RUSCA"DIR VƏ...

İşğal olunmuş Abxaziyada aksiya iştirakçıları “Parlament” binasının şüşələrini sındıraraq binaya daxil olublar.

Tezadlar.az Gürcüstan DİN-ə istinadla xəbər verir ki, bu zaman təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb. Bundan başqa, etirazçılar Suxumidə "hökumət" binası yaxınlığında toplaşıblar. Rusiya mətbuatı xəbər verir ki, onlar prezident Aslan Bjaniyanın istefasını tələb ediblər. Qondarma Abxaziya Hökuməti baş verənlərdən sonra bəyanat yayıb və qeyd olunub ki, prezident Bjaniyanın “administrasiyası” Rusiya ilə investisiya sazişi layihəsinin parlamentdən geri çağırılması ilə bağlı sənəd üzərində işləyir. Bildirilir ki, belə bir qərar respublikada vəziyyəti sabitləşdirmək üçün qəbul edilib. Xatırladaq ki, bu gün işğal olunmuş Abxaziyada parlamentin iclası keçirilib, iclasda “Çoxfunksiyalı komplekslərin hüquqi statusunun tənzimlənməsi haqqında” qanun layihəsinin ratifikasiyası nəzərdə tutulub. Müxalifət isə Rusiya ilə investisiya sazişinin ratifikasiyasına qarşı çıxır. Vəziyyət gərgin olaraq qalır...

A.Məmmədli

Seçilən
34
tezadlar.az

1Mənbələr