İsrail Müdafiə Qüvvələri (IDF) İranda aktiv məxfi nüvə silahı tədqiqat obyektini məhv edib.
"Axios" bu barədə mənbələrə istinadən məlumat yayıb.
Materialda qeyd olunur ki, "Taleghan 2" sahəsi İsrail tərəfindən “İranın oktyabrın 1-də həyata keçirdiyi kütləvi raket hücumuna cavab olaraq” seçilib. Kompleks İDF tərəfindən oktyabrın 25-də vurulub.
“Axios” xəbər verir ki, Tehranın nüvə proqramı üzərində işləməyi inkar etməsinə baxmayaraq, İsrail mərkəzin silahların hazırlanması üçün lazım olan avadanlıqlarına ciddi itkilər verməyə nail olub.