Bakı. Trend:
Noyabrın 15-də Medianın İnkişafı Agentliyi və COP29 ƏməliyyatŞirkətinin birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan xaricimedia nümayəndələri üçün mediatur təşkil olunub.
Trend xəbər verir ki,mediatur qədim zamanlardan bugünədək Azərbaycan tarixini əksetdirən Milli Azərbaycan Tarixi Muzeyindən başlayıb.
Xarici jurnalistlər muzeyin ekspozisiyası, ölkəmizin keçmişiniözündə canlandıran müxtəlif arxeoloji, etnoqrafik materiallar vəeksponatlarla yaxından tanış olublar.
Heydər Əliyev Mərkəzində davam edən turda xarici medianümayəndələrinə Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumatverilib. “Azərbaycan inciləri” sərgisi ilə də tanış olan qonaqlaraburada ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi,mədəni irsi ilə bağlı nadir eksponatların nümayiş etdirildiyibildirilib.
Sonda XII əsrə aid divarlarla əhatə olunmuş, Şərq memarlığı vətarixi ilə zəngin olan, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxiledilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ziyarətolunub. Tur zamanı jurnalistlərə qeyri-adi memarlıq özəllikləri iləseçilən Qız qalası və Bakının tarixi tikililəri arasında mühüm yertutan Şirvanşahlar Sarayı Kompleksi də daxil olmaqla, İçərişəhərinqədim küçələri və abidələri barədə geniş məlumat verilib.