AZ

Almaniya Kansleri ilə Rusiya Prezidenti arasında son iki ildə ilk dəfə telefon danışığı olub

Noyabrın 15-də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

AZƏRTAC Almaniya mətbuatına istinadla xəbər verir ki, bir saata yaxın davam edən telefon söhbətində Kansler Ukrayna böhranı ilə bağlı müzakirələr aparmaq üçün Rusiyaya çağırış edib.

Olaf Şolts Vladimir Putin ilə telefon danışığından əvvəl Prezident Volodimir Zelenski ilə də telefonda danışıb və ölkəsinin müharibənin davam etdiyi müddətdə Ukraynaya dəstəyinin davam etdirəcəyini bildirib.

Kansler Olaf Şolts və Vladimir Putin arasında sonuncu telefon danışığı 2022-ci ilin oktyabrında olub.

Seçilən
76
38
xalqqazeti.az

10Mənbələr