Noyabrın 15-də Səbail rayonu Salyan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, “Daewoo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq, həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb.