ABŞ-da yeniyetmə qızı ögey anasından satın alıb ona təcavüz edən polis məmuru mühakimə olunur.
Teleqraf.com xəbər verir ki, bu barədə Washington Post məlumat yayıb.
Məlumata görə, Larri Kley Qərbi Virciniyadakı kiçik bir şəhərdə yaşayıb və şerif müavini işləyirdi. 17 yaşlı yeniyetmə qız hüquq-mühafizə orqanları ilə əlaqə saxlayaraq və Kleyi ona təcavüz etməkdə ittiham edib.
Zərərçəkmişin dediyinə görə, 55 yaşlı kişi ögey anasına 100 dollar ödəyib. Ana da ögey qızını polis əməkdaşı ilə intim əlaqədə olmağa məcbur edib.
.
Müəllif: Arzu