AZ

Fransalı müdafiəçi 3-cü dəfə

"Barselona"nın fransalı müdafiəçi Jül Kundenin "Espanyol"la oyunun əsas heyətdən kənarda qalmasının səbəbi bilinib.

İdman.biz xəbər verir ki, o, komandanın iclasında 1 dəqiqə gecikib.

Sərt qaydalar tətbiq etməsi ilə tanınan baş məşqçi Hans-Diter Flik bu hərəkəti növbəti dəfə Kundeyə bağışlamayıb. Start heyətində Hektor Forta yer verən almaniyalı mütəxəssis fransalı futbolçunun 78-ci dəqiqədə meydana daxil olmasına şərait yaradıb.

Qeyd edək ki, Kunde artıq 3 dəfə Flikin qaydalarını pozub. O, bundan əvvəl mövsümöncəsi oyunun toplantısına 4 dəqiqə, "Alaves"lə matçın iclasına isə 1 dəqiqə gecikdiyinə görə cəzaya məruz qalıb.

İdman.biz

Seçilən
47
idman.biz

1Mənbələr