Vyetnam prezidenti To Lam Qazaxıstana səfər edəcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə prezident Kasım-Jomart Tokayevin Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Nquyen Xuan Tankı ilə görüşündə məlumat verilib.
Söhbət zamanı Tokayev Qazaxıstan-Vyetnam əlaqələrinin bu gün sürətlə inkişaf etdiyini bildirib. O ötən il Vyetnama rəsmi səfərini məmnunluqla xatırlayıb. Bildirib ki, Hanoy səfəri zamanı aparılan mühüm danışıqlar ikitərəfli əməkdaşlığa əhəmiyyətli təkan verib.
Qasım-Jomart Tokayevin sözlərinə görə, Vyetnam Qazaxıstanın Cənub-Şərqi Asiyada əsas tərəfdaşıdır. Qazaxıstan ticarət-iqtisadi, investisiya, mədəni-humanitar sahələrdə ikitərəfli əlaqələri hərtərəfli gücləndirməyə hazırdır.
Mehman Mehdiyev