AZ

Azərbaycanda ikinci belə futbolçu var? – Altı dil bilir

Əsl futbolçu legioner həyatı yaşadığı ölkədə təkcə pulu düşünməməlidir.

Həm də onun dininə, dilinə, qayda0-qanunlarına hörmət etməlidir.

İndiyə qədər Azərbaycana gəlib-getmiş əcnəbilərdən Denis Silva, Ansi Aqolli, Yurgen Qoxa kimi futbolçular özündən sonra iz qoymağı bacarıb. Onların hər biri dilimizdə sərbəst danışmaq bacarıqları ilə seçilib.

Hazırda “Zirə”nin formasını geyinən Stefan Aka da qeyri-adi bacarığı ilə seçilir. Düzdür, o, azərbaycanca səlis danışmır, bəzi sözləri anlayır və hansı məna kəsb etdiyini bilir.

Əvəzində, başqa istedada malikdir. Stefan nə az, nə çox, düz altı dil bilir.

Özünə doğma olan fransız, beynəlxalq dil sayılan ingilis, vaxtilə top qovduğu ölkələrdən italyan və rumın, eləcə də, ispan və portuqal dillərində düşündüklərini sərbəst şəkildə izah etməyi bacarır.

Azərbaycan dilini də öyrənsə, futbolçu karyerasını başa vurandan sonra burada qalıb tərcüməçi kimi işləyə bilər. Hətta köməkçi-məşqçi olub, baş məşqçi ilə legioner futbolçular arasında körpü rolunu oynamaq onda yaxşı alınar.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
29
sportinfo.az

1Mənbələr