AZ

Putin kanslerə narazılığını bildirdi - "Sizin qeyri-dost siyasətiniz..." -

Vladimir Putin Olaf Şoltsla telefon danışığında Almaniya hakimiyyətinin qeyri-dost siyasəti ucbatından iki ölkə arasında münasibətlərin bütün sahələrinin deqradasiyaya uğradıını deyib.8

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Rusiya tərəfi heç vaxt dialoqdan əl çəkməyib və Kiyev rəhbərliyi tərəfindən dayandırılmış danışıqların bərpasına açıqdır. Məlum təkliflərimiz təhlükəsizlik sahəsində nəzərə alınmalı, yeni ərazi reallıqlarına əsaslanmalıdır" - Putin deyib.

Sonda Putin Rusiyanın enerji sahəsində əldə etdiyi razılaşmaları və müqavilə öhdəliklərini hər zaman ciddi şəkildə yerinə yetirdiyi və Almaniya tərəfinin buna maraq göstərəcəyi təqdirdə qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu deyib.


Müəllif: Arzu
Seçilən
41
teleqraf.com

1Mənbələr