AZ

Trampın bu qərarı ABŞ əczaçı şirkətlərinin səhmlərini ucuzlaşdırdı

Donald Trampın səhiyyə naziri vəzifəsinə kiçik Robert Kennedini irəli sürməsi xəbərindən sonra ABŞ-ın peyvənd istehsalçıları və digər əczaçılıq şirkətlərini səhmləri kəskin şəkildə ucuzlaşıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, BioNTech SE və Novavax Inc-in səhmləri təxminən 7 faiz dəyər itirib. Moderna Inc səhm qiymətləri 5,6 faiz, Vaxcyte Inc. - 4,1 faiz, Pfizer Inc. - 2,6 faiz ucuzlaşıb.

Səhiyyə naziri vəzifəsi Senatın təsdiqini tələb edir.

Kiçik Kennedi prezident Con Kennedinin qardaşı oğlu və baş prokuror Robert Kennedinin oğludur. O, ABŞ prezident seçkilərində iştirak etməyi planlaşdırsa da, namizədliyini geri götürüb və Trampı dəstəkləyib. KİV Kennedini peyvənd əleyhinə hərəkatın fəal lideri adlandırır. Xüsusilə, o, peyvəndlərin uşaqlarda autizmə səbəb olduğunu deyir. Koronavirus pandemiyası zamanı dezinformasiya yaydığı üçün İnstaqram sosial şəbəkəsində bloklanıb.

MarketWatch yazır ki, “Public Citizen” ictimai təşkilatı Kennedinin Səhiyyə Nazirliyinə rəhbər təyin olunmasını tənqid edib.

 

Musavat.com

Seçilən
40
1
musavat.com

2Mənbələr