AZ

“Yuventus” Poqba ilə müqaviləni ləğv edəcək - BU GÜN

Bu gün – noyabrın 15-də “Yuventus” tərəflərin qarşılıqlı razılığı ilə yarımmüdafiəçi Pol Poqba ilə müqaviləyə xitam verdiyini elan edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə jurnalist Kave Solhekol məlumat yayıb.

Əvvəllər Poqbanın daha “qoca sinyora”da oynamayacağı barədə məlumatlar var idi.

Həmçinin qeyd olunur ki, Avropa və Səudiyyə Ərəbistanı klubları fransalı futbolçu ilə maraqlanır. Turin klubu ilə müqavilənin ləğvindən sonra Poqba ilə danışıqlara başlanılacaq.

İdman Arbitraj Məhkəməsinin (CAS) qərarına əsasən, 31 yaşlı futbolçu 2025-ci ilin yanvarında məşqlərə qayıtmaq hüququna malikdir və gələn ilin mart ayından oynaya bilər.

Poqba cəza səbəbindən sonuncu dəfə 2023-cü il sentyabrın 3-də meydana çıxıb.

Seçilən
13
sportinfo.az

1Mənbələr