AZ

Etirazçılar Abxaziya prezidentinin iqamətgahına girdilər -

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından etibarən Abxaziya parlamenti yaxınlığında etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar başlayıb.

 

Rusiya mediasının yaydığı məlumata görə, Suxumda təşkil olunan aksiyanın iştirakçıları yük maşını ilə prezident Aslan Bjaniyanın oturduğu administrasiya binası ərazisinə soxulublar. Onlar binanın darvazasını dağıdıblar.

 

Bundan əvvəl Abxaziya prezidentinin Suxumdakı hökumət binaları kompleksinin etirazçılar tərəfindən mühasirəyə alınması ilə bağlı yayılan xəbərlər fonunda administrasiya binasını tərk etdiyi bildirilmişdi.

 

Xatırladaq ki, noyabrın 15-də Abxaziya parlamenti Rusiya hüquqi şəxsləri tərəfindən ölkə ərazisində investisiya layihələrinin həyata keçirilməsinə dair Rusiya ilə sazişin ratifikasiyası məsələsinə baxacaq. Müxalifət hesab edir ki, sənəd abxaz xalqının maraqlarına cavab vermir.

 

**13:48


Bu gün qondarma Abxaziya parlamentinin Rusiya ilə investisiya sazişinin ratifikasiyası ilə bağlı yenidən etiraz aksiyaları başlayıb.

 

Bu barədə TASS məlumat yayıb.

 

Məlumata görə, etirazçılar yük maşını ilə darvazanı qıraraq parlamentin ərazisinə giriblər.


Onlar sessiya keçirməyi və layihənin təsdiqinin “əleyhinə” səs verməyi tələb ediblər.



Seçilən
31
senzor.az

1Mənbələr