AZ

İlon Maskın sərvəti bir gündə 13.6 milyard azaldı

Texnologiya milyarderi, "Tesla" və "SpaceX" şirkətlərinin qurucusu və "X" sosial şəbəkəsinin sahibi İlon Maskın sərvəti son 24 saatda 13,6 milyard dollar azalaraq 307 milyard dollara düşüb. 

Valyuta.Az-ın verdiyi xəbərə görə, əsas səbəb kimi "Tesla" şirkətinin səhmlərinin dəyərindəki əhəmiyyətli eniş göstərilir. 

Onu da qeyd edək ki, ABŞ-da keçirilən prezident seçkilərində respublikaçı namizəd Donald Trampın qələbəsi Maskın sərvətinə müsbət təsir edib. Qələbədən sonra İlon Maskın sərvəti bir neçə gündə 26,5 milyard dollar artıb. Səhmlərin bir neçə günlük kəskin bahalaşmasından sonra qiymətlərdə düzəlmə getdiyi təxmin edilir.

Trampın biznesyönümlü siyasəti və iri şirkətlərə qarşı vergi güzəştlərini dəstəkləməsi onun prezidentliyi dövründə bir çox milyarderin sərvətində əhəmiyyətli artıma səbəb olmuşdu. Bu dəfə də oxşar tendensiyanın davam edəcəyi gözlənilir.

Milyarderlərin Reytinqində Kim Liderdir?

"Bloomberg Milyarderlər İndeksi"nə görə, hazırda dünyanın ən zəngin insanı İlon Maskdır. Lakin siyahının ikinci yeri də diqqət çəkir: "Amazon"un qurucusu Ceff Bezos 232 milyard dollarlıq sərvəti ilə Maskdan sonra qərarlaşıb. Bezosun sərvətindəki artımın əsas səbəbi "Amazon" şirkətinin onlayn ticarət və bulud texnologiyaları sahəsindəki üstün mövqeyidir.  

Aydın

 

Seçilən
30
valyuta.az

1Mənbələr