AZ

Bu universitetlərin məzunları hər yerdə iş tapır - SİYAHI

Emerging HR konsaltinq şirkəti tərəfindən hazırlanmış və eksklüziv olaraq Times Higher Education tərəfindən nəşr olunan qlobal məşğulluq reytinqi məzunları iş yerinə ən yaxşı hazırlayan universitetləri təqdim edir. Şirkətlər əmək bazarına ən hazırlıqlı məzunların aşağıdakı universitetlərdən gəldiyini qeyd edir.  

 

Modern.az-ın məlumatına görə, reytinq ABŞ-dan Yaponiyaya qədər 42 ölkənin 250 universitetini əhatə edir.

 

Reytinqin ilk 10-luğunda ABŞ və İngiltərə liderlik edir. Massachusetts Texnologiya İnstitutu birinci yerdədir. Daha sonra Kaliforniya Texnologiya İnstitutu, Stanford Universiteti və Harvard Universiteti, İngiltərənin Kembric Universiteti, ABŞ-nin Prinston Universiteti, İngiltərənin Oksford Universiteti gəlir. Asiyanın 2 universiteti – Tokio və Sinqapur Milli Universiteti müvafiq olaraq 8-ci, 9-cu yerdədir. Sıralamada 10-cu yerdə London İmperial Kolleci gəlir.

 

Fransa, Almaniya və Çin məşğulluq reytinqində Böyük Britaniya və ABŞ ilə birlikdə ən yaxşı təmsil olunan ölkələr sırasındadır.

 

"The Student" jurnalının redaktoru Seeta Bhardva deyir ki, işəgötürənlər yeni məzunlardan rəqəmsal bacarıqlar, iş təcrübəsi və sosial şüur da daxil olmaqla geniş bir bacarıq axtarır və dünyadakı universitetlərin bu ehtiyacları ödəmək üçün proqramlarını və təşəbbüslərini genişləndirdiyini görmək maraqlıdır.

Seçilən
45
2
modern.az

3Mənbələr