Rusiya millisi yoldaşlıq oyununda Bruney yığmasına böyük hesabla qalib gəlib.
"Far.Az" xəbər verir ki, "Krasnodar" stadionunda baş tutan matçda ev sahibləri 11:0 hesablı qələbə qazanıb.
Bu nəticə sayəsində ruslar tarixlərinin ən böyükhesablı qələbəsini əldə edib.
Qeyd edək ki, noyabrın 19-da Rusiya daha bir yoxlama görüşü keçirəcək. Valeriy Karpinin rəhbərlik etdiyi yığma Suriya seçməsi ilə qarşılaşacaq.