AZ

Türkiyə millisində daha bir itki

style='margin-bottom:10px;'>

Türkiyə millisinin UEFA Millətlər Liqası üçün namizəd heyətində dəyişiklik edilib. 

QOL.az xəbər verir ki, bu barədə TFF-nin mətbuat xidməti məlumat yayıb. "Eyüpspor"un futbolçusu Əhməd Kutucu sol ayağının arxa əzələsindən zədələnərək heyətdən uzaqlaşdırılıb. Toplanışın əvvəlindən 24 yaşlı futbolçunun müalicəsi davam etdirildiyi bildirilir. Lakin onun zədəsinin tam sağalmayacağı müəyyən olunduğundan sonra, futbolçunun müalicəsini klubunda davam etdirməsinə qərar verilib.

Qeyd edək ki, Türkiyə yığması noyabrın 16-da Uels, noyabrın 19-da isə Monteneqro millisi ilə qarşılaşacaq.

Seçilən
32
2
teleqraf.com

3Mənbələr