AZ

Separatçıların lideri istefadan İMTİNA ETDİ

Abxaziyada separatçıların lideri Aslan Bjaniya istefa verməkdən imtina edib.

 

Modern.az xəbər verir ki, o, etirazçıların istefa tələbini qəbul etməyib.

 

Bjaniya ona “bir az vaxt” verilməsini xahiş edib.

 

Qeyd edək ki, Abxaziyada etirazlar noyabrın 11-də başlayıb. Həmin gün Rusiya ilə müqavilənin ratifikasiyasına qarşı çıxan bir neçə müxalif siyasətçi saxlanılıb. Onlar iddia edirdilər ki, qanun ruslara respublikada çoxfunksiyalı komplekslər adı altında mənzillər tikməyə icazə verəcək. Saxlanılarkən etirazçılar Suxumda bir neçə körpünü bağlayıblar.

 

Bu gün isə etirazçılar separatçıların binalarına hücum ediblər. Onlar "prezident", "vitse-prezident" və "baş nazir"in istefasını tələb ediblər.

Seçilən
39
modern.az

1Mənbələr