AZ

Azərbaycan və Çin COP29-da “yaşıl” avtomobillər haqqında razılığa gəliblər » AzadMedia.az



COP29 zamanı Çindən gələn şirkətin elektromobillər mövzusunda təqdimatı olub. Tədbirdən sonra o, Azərbaycandan olan şirkətlə əməkdaşlıq müqaviləsi imzalayıb.
Çinin NIO şirkəti elektromobillərin gələcəyi mövzusunda təqdimatla tədbir təşkil edib. Bakıda COP29 çərçivəsində baş tutub.

Tədbirdə Azərbaycanın ekologiya və enerji sahəsi üzrə nümayəndələri, eləcə də onların çinli həmkarları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov açıb. O, çıxışında qeyd edib ki, tezliklə cəmiyyət tamamilə elektrik avtomobillərinə keçəcək, bunu stasionar telefonlardan smartfonlara keçidlə müqayisə edib.

Çin Xalq Respublikasının ətraf mühit nazirinin müavini Zhao Yinmin qeyd edib ki, Çin elektromobillərin genişmiqyaslı istehsalı sayəsində iqlim dəyişikliyi ilə mübarizə istiqamətində fəal işləyir.

Tədbirin yekunu olaraq Azərbaycan və Çin arasında elektromobillər sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəd Azərbaycanın GreenCar şirkəti ilə Çinin Nio şirkəti arasında bağlanıb.

Xatırladırıq ki, COP29 noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Bu gün tədbir çərçivəsində Enerji, Sülh, Yardım və Bərpa Gününə start verilib.
Seçilən
85
1
azadmedia.az

2Mənbələr