AZ

Əfsanəvi siyasətçi xəstəxanaya yerləşdirildi - FOTO

Kommunizmin süqutunda aparıcı rol oynamış Polşanın keçmiş prezidenti Lex Valesa xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.

 

O, fotoya "Məni yadda saxladılar" şərhini yazıb.

 

Sabiq prezidentin köməkçisi yerli mətbuata açıqlamasında Valensanın son vaxtlar özünü pis hiss etdiyini bildirib.

 

Siyasətçi kardioloji müayinədən keçmək üçün Qdanskdakı xəstəxanaya gedib.

 

Qeyd edək ki, əvvəlcə Qdanskda gəmiqayırma zavodunda elektrik işləyən Valesa 1989-cu ildə Həmrəylik adlı həmkarlar ittifaqı hərəkatına rəhbərlik edərək Soyuq Müharibəyə son qoyan tarixi dəyişikliklərin simvoluna çevrilib.

 

78 yaşlı Nobel Sülh Mükafatı laureatı yanvar ayında COVID infeksiyasına yoluxub. Son illərdə onun səhhətində problemlər yaranıb və 2021-ci ildə ürəyindən əməliyyat olunub.

 

Seçilən
52
modern.az

1Mənbələr