AZ

Təbiətin möcüzəsi...

Toradi Astara rayonunun ucqar dağ kəndidir. Qədim bir keçmişi var bu ulu yurdun. Toradidən təqribən 4 kilometr aralıda yerləşən bir qayalıq uzaqdan belə adamın diqqətini cəlb edir. Qərb-şərq istiqamətində 200 metr uzunluqdakı ərazidə sıralanan təbiətin yaratdığı möcüzəsinə ulular tərəfindən “Gəlin qayaları”, yaxud “Gəlin daşları” adı verilib.

Mən ta məktəb illərindən öz tarix müəllimimdən qayalıq haqqında, onunla bağlı əfsanə barədə eşitmişdim. Amma oranı görmək istəyində olsam da, getməyə imkan tapa bilmirdim. Bu günlər yolum həmin möcüzəli yerə düşdü. Diqqətlə fikir verəndə qayalardan birini əjdahanın başına oxşatdım. Belə də adlanırdı. Həmçinin at üstündə daşlanmış gəlin gördüm. Gəlinin yanında əlində güzgü aparan uşaq, eləcə belində uşağı olan qadın formal daşlar da diqqətimdən yayınmadı. Burada insan bənzər cərgələnən digər daşlarda var idi...

Bəli, nizamlı şəkildə sıralanan bu daşlarla bağlı uzaq keçmişdən xəbər verən ibrətamiz bir əfsanə indinin özündə də dillərdən düşmür. Belə ki, yəni əfsanəyə görə Toradidə bir toy mərasimi keçirilirmiş. Gəlin qonşu kənddən imiş. Adətə görə gəlin gətirmə mərasimi olur. Gəlin gətirilən zaman onların qarşısına yekə bir əjdaha çıxır. İnsanlar dəhşətli qorxuya düşürlər. Vəziyyətdən qurtulmaq üçün Uca Tanrıdan əjdahanın yerinə özləri daş olmaq istəyirlər. Öz bəndələrinin səsini eşidən Yaradan həm onları, həm də əjdahanı daşa çevirir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
53
ikisahil.az

1Mənbələr