AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - münaqişəli situasiyalar yaransa da, onları tezliklə çözə bilərlər. Yeni layihəyə başlamaq üçün münasib zamandır. İşdə mövqeyinizi rəhbərliyin nəzərinə çatdırın. İdeyalarınızı tərəfdaşlarınız və müttəfiqləriniz bəyənəcəklər.

Buğa - yaxın gələcəklə bağlı planlarda dəqiqləşdirmələr aparın. Zəruri informasiyanı arayın. Sizi narahat edən suallara cavab tapın. Çətin işə başlamaqdan qorxmayın. Qüvvənizə güvənin. Diqqətlə və inadla işləsəniz, ən mürəkkəb məsələləri həll edə bilərsiniz.

Əkizlər - ikiüzlü, məkrli insanlardan uzaq durun. Onların şayiələrinə, dedi-qodularına inanmayın. Mübahisə etməyin, haqlı olduğunuzu hər vəchlə sübuta yetirməyə can atmayın. İşgüzar tərəfdaşlarla münasibətlərə yenidən baxın. Həmkarlarla əlaqələri yeniləyə bilərsiniz.

Xərçəng - qüvvə və resurslarınızı qoruyun. Emosional və maddi baxımdan itkilərə imkan verməyin. Yaxın ətrafınızdakı insanlar üçün ildırımötürən olmayın. Məsuliyyətli, mühüm görüş və ya işdə rəhbərliklə danışıqlar zamanı deyil. Sizi tələsik, təcili qərar qəbul etməyə vadar etmək istəyirlərsə, başqasının təsiri altına düşməyin.

Şir - idealist davranıb mənasız və səbəbsiz xeyriyyəçilik etsəniz belə, yardıma ehtiyacı olana kömək gözəldir. Peşəkar fəaliyyət sahəsindəki çətinliklərin orijinal həllini tapın. Sürpriz, qəfil xəbər istisna deyil.

Qız - günün ilk yarısı uzunmüddətli səfərlər və ezamiyyət üçün əlverişli deyil. Kimisə aldatmağa cəhd göstərməyin. Hiyləniz üzə çıxacaq, utanacaqsınız. Peşəkar fəaliyyət sahəsindəki mövqelərinizi qoruyun. Risklərə yol verməyin.

Tərəzi - işlərdəki qəfil dəyişikliklər sizi çaşdırmamalıdır. Axına qarşı hərəkət etməyin. Diqqəti rutin və ənənəvi işlərin yerinə yetirilməsinə yönəldin. Belədə tədricən ağır problemləri də çözə bilərsiniz.

Əqrəb - istənilən dəyişikliklərdə fayda var. İş yerini, fəaliyyət sahəsini dəyişmək, köçmək olar. Stilinizi və ya imicinizi dəyişməyə cəhd göstərin. Sevdiyiniz insanla münasibətlərdə rutinlik hiss edirsinizsə, yeniliklər zamanıdır. Keçmişə qapılmayın. Gərəksiz əlaqələrdən imtina edin.

Oxatan - aktiv həyatdan imtina edərək tənha qalmağa çalışmayın. Dürüst qərar qəbul edin, aramla davranın. Düşünülməmiş qərarlar və tələsik deyilmiş sözlər ciddi fəsadlar yarada bilər.

Oğlaq - bir çox işləri uğurla başa vurmaq üçün münasib zamandır. Situasiya əlverişlidir. Problemləri qeyri-adi, orijinal yolla həll etməyə çalışın.

Dolça - planların reallaşdırılması üçün uğurlu gündür. İşlərinizin alınması üçün tərəfdaş və ya müttəfiqlərin məsləhətlərindən yararana bilərsiniz. Uğurlarınız sizə indiyədək soyuq münasibət bəsləmiş insanla təmasları normallaşdırmağa imkan verəcək.

Balıqlar - nikbinlik bu gün bir çox işlərinizdə karınıza gələ bilər. Fəqət günün sonunadək aktiv tempdə çalışmaq mümkün deyil. Həddən artıq yorulmamaq üçün fəaliyyət intensivliyini tənzimləyin. Mürəkkəb məsələləri həll etmək məcburiyyəti yaranıbsa, aramla çalışın.

Milli.Az

Seçilən
35
mia.az

1Mənbələr