AZ

Mayk Tayson niyə boks dünyasında əfsanə kimi yadda qalıb?

Xəbər verdiyimiz kimi, 58 yaşlı Mayk Tayson 16 noyabr şənbə günü Bakı vaxtı ilə saat 04:00-da Ceyk Paul ilə boks görüşü keçirəcək. Bütün dünyada maraqla gözlənilən qarşılaşma “Netflix”də canlı yayımlanacaq. Qarşılaşmaya az vaxt qaldığı halda, boks aləmində böyük əfsanə kimi tanınan Taysonun niyə əfsanə olduğunu açıqlamaq istədik. Çünki bəziləri üçün Mayk Tayson bütün zamanların ən yaxşı boksçusu, bəziləri üçün isə tamamilə şişirdilmiş fiqurdur. Mayk Tayson haqqında əvvəllər də daha geniş yazı təqdim etmişdik.

 

Sfera.az bu dəfə sizə Dəmir Maykın niyə unudulmaz bir ada çevrildiyi barədə maraqlı yazı təqdim edir.

 

Mayk Tayson "Dəmir Mayk" ləqəbli əfsanəvi boksçudur. O, şübhəsiz ki, boks tarixinin ən güclü və qorxulu simalarından biridir.

 

 

Mayk Taysonu əfsanəyə çevirən isə təkcə yaxşı boksçu olması deyildi. Əldə etdiyi nailiyyətlər, gənc yaşlarında qazandığı çempionluqlar və karyerasında yaşadığı unudulmaz anlar... Bunların hamısı Taysonu əfsanə kimi yerləşdirən tapmacanın parçaları idi.

 

Tayson gənc yaşda adından söz etdirməyi bacarıb. O, həvəskar karyerası ərzində 27 matçda 24 qələbə və 3 məğlubiyyət alıb.

 

1981 və 1982-ci illərdə Gənclərin Olimpiadasında qızıl medal qazanıb. 1984-cü ildə o, nüfuzlu turnir olan "Qızıl Əlcəklər"in qalibi olub. Bu uğurlar gələcək daha böyük uğurların xəbərçisi idi.

 

 

Bütün bunlar 6 mart 1985-ci ildə peşəkarlığa çevrildi və ilk görüşündə Hektor Mersedesi 1-ci raundda nokaut edə bildi.

 

Ağır çəkidə boks üzrə dünya çempionu olanda onun cəmi 20 yaşı var idi. Təsəvvür edə bilirsinizmi? Tarixdə bunun başqa nümunəsi yoxdur.

 

O, 1986-cı ildə Trevor Berbiki nokaut edərək WBC ağır çəki çempionu oldu və bu kəməri qazanan ən gənc boksçu kimi tarixə düşdü. Daha sonra IBF və WBA çempionatlarını qazandı və bütün əsas kəmərlərə sahib oldu.

 

 

1980-ci illərin sonlarına damğasını vuran Tayson ən yaxşı vaxtlarında hamının qorxduğu boksçu idi. Onun yumruqları o qədər güclü idi ki, özündən hündür, fiziki quruluşlu və böyük olan rəqiblərini nokaut edə bilirdi.

 

Dəmir Mayk təkcə güclü deyil, həm də inanılmaz dərəcədə sürətli idi.

 

Onunla adı eyni sinonimləşən "Peek-a-Boo" üslubu ilə o, rəqibləri üçün rinqi çətinləşdirirdi.

 

Tarixdə bəlkə də onun nokaut gücünə bərabər ola biləcək boksçu olmayıb. O, ilk raundlarda rəqiblərinin başına vurmaqla məşhurlaşıb.

 

 

1988-ci ildə o, ağır çəkidə boks üzrə dünya çempionatında ona meydan oxuyan məğlubiyyətsiz Maykl Spinksi 91 saniyəyə nokaut etdi. Təkcə bu misal Taysonun nokaut gücünü izah etmək üçün kifayətdir.

 

Tayson təkcə uğurları ilə deyil, həm də qalmaqalları ilə məşhur olan boksçu idi. 90-cı illərdə cinsi zorakılıq ittihamı ilə 3 il həbs cəzasına məhkum edilmiş və bu cinayətə görə həbsdə olarkən İslamı qəbul edərək Malik Əbdüləziz adını almışdır.

 

Aysel

 

 

Həbsi isə Taysonun karyerasında tənəzzülün başlanğıcı oldu. Həmin gündən bəri o, bir daha heç vaxt "Qoca Mayk Tayson" ola bilmədiq.

 

Taysonun digər məşhur qalmaqalı Evander Holifild matçı idi. 1997-ci ildə Evander Holifildlə qarşılaşmada o, rəqibinin qulağını dişləyib və o anlar illərlə yadda qalıb, hətta idman tarixinin ən qalmaqallı və danışılan hadisəsi olub. 

 

Nəticə etibarı ilə Mayk Tayson zirvədə olduğu dövrdə o qədər dominant döyüşçü idi ki, hətta o illərdə göstərdiyi performans onu əfsanəyə çevirməyə kifayət edərdi. Əslində rinq daxilində və xaricində yaşadığı qalmaqallar onu hər zaman gündəmdə saxlamağı bacarıb.

 

Hazırda isə 58 yaşı olan əfsanəvi boksçu Tayson məşhur YouTuber Ceyk Paul ilə boks görüşü keçirəcək. Nəticəsinin necə olacağı məlum deyil. Bəlkə uduzacaq, bəlkə gənc rəqibini nokaut edəcək. Bildiyimiz tək şey odur ki, uduzsa belə, Mayk Tayson boks əfsanəsi kimi daim yadda qalacaq.

 

 

Aysel 

Seçilən
25
sfera.az

1Mənbələr