AZ

Sinner yarımfinalda Ruudla üz-üzə

ATP ilin yekun tennis yarışında yarımfinalçılar müəyyənləşib.

İdman.biz verir ki, B qrupunda Aleksandr Zverev və Kasper Ruud ilk iki pillədə qərarlaşıblar.

Nəticədə ilk yarımfinalda Yannis Sinner Ruudla üz-üzə gələcək. Digər cütdə isə Teylor Frits Aleksandr Zverevlə qarşılaşacaq.

Qeyd edək ki, 1/2 finalın oyunları bu gün keçiriləcək. Turnirin qalibi isə sabah bəlli olacaq.

İdman.biz

Seçilən
50
idman.biz

1Mənbələr