AZ

“Yuventus” Poqba ilə müqaviləni pozdu

style='margin-bottom:10px;'>

Poq Poqbanın “Yuventus”dakı gələcəyi müəyyənləşib. 

QOL.az xəbər verir ki, Turin klubu fransız yarımmüdafiəçi ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozub. Bu barədə “Yuventus”un saytı məlumat yayıb. Bildirilib ki, Poqba dekabrın 1-dən azad agent statusunda olacaq. Klub 31 yaşlı yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, antidopinq qaydalarını pozduğu üçün Pol Poqba fevralın 29-da 4 illik diskvalifikasiya edilib. Oktyabrda isə onun cəzası 18 aya endirilib. Bu isə o deməkdir ki, fransız futbolçu gələn ilin martında yaşıl meydanlara qayıda bilər. 

Xatırladaq ki, Poqba “Yuventus”a 2022-ci ildə “Mançester Yunayted”dən keçib. O, daha əvvəl 2012-2016-cı illər aralığında da Turin klubunda forma geyb. 

Seçilən
58
teleqraf.com

1Mənbələr