AZ

"Haber Global": "COP29-da gündəm maliyyələşdirmənin təmin edilməsidir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) gündəmi maliyyələşdirmədir. Ölkə liderləri və nümayəndələri iqlim böhranı ilə mübarizədə vəsait təmin etməyin yollarını axtarırlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global"ın hazırladığı süjetdə deyilir.
Qeyd olunur ki, builki konfransın əsas gündəmi iqlim böhranı ilə mübarizə üçün maliyyələşdirmənin təmin edilməsidir.
"Haber Global"ın meteorologiya redaktoru Bünyamin Sürmeli COP29-u yerində izləyib.
Sürmeli iqlim dəyişikliyi ilə mübarizə üçün maddi vəsait yaratmağın əhəmiyyətini vurğulayıb və dünyanın ən yüksək emissiya yayan ölkələrinin konfransda yüksək səviyyədə iştirak etmədiyini bildirib.
O, həmçinin bankların iqlim dəyişikliyinə qarşı mübarizəyə təmin edəcəyi maddi dəstəyin əhəmiyyətinə də diqqət çəkib.
Bildirilir ki, COP29-da iqlim böhranı ilə mübarizə üçün lazım olan dəyişikliyi təmin edəcək pulun tapılması nəzərdə tutulur.
"Xüsusilə ölkələrin iqlim dəyişikliyindən ən pis təsirlənən ölkələrə maliyyə yardımı öhdəliyinin tapılması hədəflənir. Mütəxəssislərə görə Çin xaricindəki inkişaf etməkdə olan ölkələrin yaşıl enerjiyə keçmək və kəskin hava şəraitinə qarşı qorunmaq üçün ildə ən azı bir trilyon dollara ehtiyacı var", - materialda qeyd olunub.
Daha ətraflı videoda:
Seçilən
36
50
oxu.az

10Mənbələr