AZ

Regionlarda maarifləndirici tədbirlər davam edir

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində regionlarda yaşayan əhalinin ətraf mühitin mühafizəsi sahəsində məlumatlılığını və bu sahəyə olan məsuliyyətini artırmaq məqsədilə regional ekologiya və təbii sərvətlər idarələrinin əməkdaşları tərəfindən mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.

Ekologiya.az xəbər verir ki, növbəti görüşlər zamanı mütəxəssislər tərəfindən Şabran rayonu Heydər Əliyev Mərkəzində, Quba şəhər Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseydə,  Azərbaycan  Dövlət Pedaqoji Universitetinin Quba və Şamaxı filiallarında və Qəbələ rayonu Nic qəsəbəsi 4 nömrəli tam orta məktəbdə “COP29”, “Sıfır tullantı” təşəbbüsü, ekoloji problemlər, iqlim dəyişmələrinə qarşı görülən tədbirlər barədə ətraflı məlumat verilib və müzakirə olunan mövzularla bağlı suallar cavablandırılıb.

Seçilən
46
ekologiya.az

1Mənbələr