AZ

Bərpa olunan enerji mənbələrinin tətbiqinə dair interaktiv seminar

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi birgə elan etdiyi qrant müsabiqəsinin qalibi olan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası tərəfindən “İqlim dəyişikliyinə qarşı sahibkarlıqda bərpa olunan enerji mənbələrinin təşviqi” adlı layihə çərçivəsində keçirilən Bərpa olunan enerji mənbələrinin tətbiqinə dair interaktiv seminar COP29 Yaşıl Zonada yerləşən Milli QHT Forumu Pavilyonunda baş tutub.

“İki sahil” xəbər verir ki,  Serbiyanın Davamlı İnkişaf Assosiasiyasının direktoru Borivoje Matić tərəfindən keçirilən seminarın əsas məqsədi, kənd təsərrüfatı, sənaye sekotrunda sahibkarlar və mütəxəssislər bərpa olunan enerji mənbələrinin istifadəsini təşviq etməklə iqlim dəyişikliyi ilə mübarizəni gücləndirməkdir. 

Tədbirin əvvəlində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva çıxışında bildirib ki,  layihə enerji İstehlakı və karbon emissiyaları, kənd təsərrüfatında və sənaye sektorunda qadın və kişi sahibkarlar üçün çətinliklər, gənclərin iqlim dəyişikliyinə reaksiyası, təşviq edilməmiş bərpa olunan enerji mənbələri olmaqla 4 fəaliyyət istiqamətindən ibarətdir. 

Daha sonra Hindistanlı ekspert Rajani Chandra Dmello enerji mənbələrinin tətbiqinin səhiyyə sektoruna olan müsbət dəyişiklikləri barədə çıxış edib.
Sonda isə silsilə tədbirin bir neçə gün davam edəcəyi qeyd olunub.

Seçilən
51
7
ikisahil.az

7Mənbələr