Millətlər Liqasının 5-ci turunun Rumıniya - Kosovo matçı yarımçıq dayandırılıb.
QOL.az xəbər verir ki, görüşün ilk hissəsi 0:0 hesabı ilə yekunlaşıb.
Oyunun 2-ci hissəsində də qapılara qol vurulmayıb. Görüşə 4 dəqiqə əlavə olunub. 90+3-cü dəqiqədə isə matç yarımçıq dayandırılıb.
Buna səbəb rumıniyalı azarkeşlərin Serbiya şüarları səsləndirməsi olub. Kosovolu futbolçular onların bu hərəkətlərindən sonra meydandan çıxıblar və paltardəyişmə otağına yollanıblar. Həmin vaxt rumıniyalı Denis Alibeklə kosovalı Albion Rahmani arasında mübahisə yaşanıb. Bu isə iki komandanın oyunçuları arasında gərginliyə səbəb olub.
Bundan əlavə, görüşdə azarkeşlər Kosova qapıçısı Arianet Muriçə yad əşyalar atıblar.
Breaking | Surreal! Kosovo walk off the pitch in the 93rd minute of their Nations League match in Romania after the local fans chanted Serbia's name. Game interrupted!!! The Kosovo players are inside their locker. pic.twitter.com/CZUp2dvRIN
— Emanuel Roşu (@Emishor) November 15, 2024