AZ

Rumıniya - Kosovo matçı niyə dayandırılıb? - VİDEO

Millətlər Liqasının V turunun ikinci oyunu qalmaqalla əlamətdar olub.

İdman.biz xəbər verir ki, Rumıniya ilə Kosovo arasında qarşılaşma başa çatdırılmayıb.

Buna qonaqların oyunu davam etdirməkdən boyun qaçırması səbəb olub. Hadisə görüşün uzatma dəqiqələrində yaşanıb.

90+3-cü dəqiqədə Rumıniyadan olan Denis Alibek və kosovolu Albion Rrahmani arasında münaqişə yaranıb. Bu, iki komandanın üzvləri arasında dava-dalaşla davam edib. Tribunalarda serbyönlü çağırışların olmasına etiraz edən qonaqlar qapıçı Arianet Muriçə kənar əşyaların atılmasından da narazı qalıblar. Tribunada Serbiya bayrağının dalğalanması da onların oynamaqdan imtinasına səbəb olub.

Qeyd edək ki, oyun dayandırılan ana qədər hesab açılmayıb.

İdman.biz

Seçilən
23
idman.biz

1Mənbələr