AZ

Bakıda COP29: "Azərbaycan dünyanı təkcə təşkilatçılığı ilə deyil, insanları ilə də heyrətləndirir"

"Bu il Bakıda keçirilən COP29 bir çox iştirakçı üçün əsl sürpriz oldu".

Bu barədə Monqolustan nümayəndə heyətinin üzvü, Monqolustan Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyinin nəzdində Meteorologiya, Hidrologiya və Ətraf Mühit üzrə İnformasiya-Tədqiqat İnstitutunun 1-ci dərəcəli elmi məsləhətçisi, doktor Batjarqal Zamba Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı təəssüratını Oxu.Az-la bölüşərkən deyib.

"Mən müxtəlif ölkələrdə bir çox iqlim konfranslarında iştirak etmişəm, lakin Bakıdakı COP29 mənim üçün ən yaxşılardan biri oldu. Bu, təkcə keçirildiyi yerlə deyil, insanları ilə də bağlıdır... Tədbirdə həmişə gülümsəyən və kömək etməyə hazır olan çoxlu gənc işləyir", - deyə ekspert qeyd edib.

Batjarqal Zamba, həmçinin Azərbaycan və Monqolustan arasında uzunmüddətli dostluğu vurğulayaraq, bunun davam edəcəyinə ümidini ifadə edib.

"Azərbaycandakı dostlarımın yaxşı yaşadığını və belə böyük tədbir təşkil edə bildiyini görməkdən çox məmnunam", - deyə o bildirib.

Elmi məsləhətçi, həmçinin Azərbaycanın iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfəsini yüksək qiymətləndirib.

"Azərbaycan Prezidenti İlham Əliyev çoxlu ideya təklif edib. Əlbəttə, hamısını dəstəkləmək çətindir, lakin bəzi əsas sənədlər çox vacibdir və Monqolustan nümayəndə heyəti onları dəstəkləyir", - deyə o, sözlərini yekunlaşdırıb.

Seçilən
50
ekologiya.az

1Mənbələr