Bakı. Trend:
Azərbaycanda hazırda baş tutan BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası -COP29 tədbiri çərçivəsində “Cığırın Təmizlənməsi: İqlimdayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi iləmübarizə” mövzusunda yan tədbir keçirilib.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikasının MinatəmizləməAgentliyi məlumat yayıb.
Bildirilib ki, tədbir Azərbaycan Respublikasının MinatəmizləməAgentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişafProqramının (BMTİP) birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirin məqsədi ölkəmizin üzləşdiyi mina problemini diqqətəçatdırmaq, mina təhlükəsinin təbii ehtiyatlara təsirini vurğulamaq,ekoloji cəhətdən təmiz minatəmizləmə təcrübələrini araşdırmaq vəhumanitar minatəmizləmə sahəsində dayanıqlı yanaşmaları təşviqetməkdir.
Tədbirdə açılış nitqi ilə çıxış edən Agentliyin İdarə Heyətininsədri Vüqar Süleymanov Azərbaycan Respublikasının azad edilmişərazilərində öncədən basdırılan təxminən 1.5 milyona yaxın minanınətraf mühitə dağıdıcı təsirləri olduğunu diqqətə çatdırıb. Qeydedib ki, bu təhlükəli qurğuların partlaması nəticəsində onlarıntərkibində olan ağır metallar və digər toksinlər torpağa və havayamənfi təsir göstərir, bu kimyəvi çirklənmə uzunmüddətli ekolojizərərlərə səbəb olur. Minalardan təmizləmə təkcə təhlükəsizlikməsələsi deyil, eyni zamanda iqlim dayanıqlılığı və dayanıqlıinkişaf üçün əsas şərtdir.
BMT-nin Baş Katibinin köməkçisi, BMT-nin İnkişaf ProqramınınAdministratorunun müavini, Avropa və Müstəqil Dövlətlər Birliyiüzrə Regional Bürosunun direktoru İvana Jivkoviç yan tədbirdə çıxışedərək dünyanın bir çox ölkəsində minalar və müharibənin digərpartlayıcı qalıqlarının təkcə insanların həyat və sağlamlığınadeyil, həm də torpaq və təbii resurslara, o cümlədən biolojimüxtəlifliyə ciddi təhdidlər yaratdığını qeyd edib.
Yan tədbir çərçivəsində minaların ekosistemlərə, biomüxtəlifliyəvə təbii ehtiyatlara təsirlərinin tədqiqi, ətraf mühitə minimumtəsirlə minatəmizləmə səyləri, eləcə də bu istiqamətdə innovativtexnologiyaların istifadəsi mözvularında panel müzakirələrkeçirilib.
COP29 çərçivəsində keçirilən bu yan tədbir, ekoloji dayanıqlılıqvə mina təhlükəsizliyinin bir araya gətirilməsi üzrə yeniyanaşmaları önə çıxarmaqla yanaşı, minatəmizləmə əməliyyatlarınınyalnız humanitar deyil, həm də ekoloji önəmini vurğulayıb. ANAMA vəBMTİP-nin birgə təşkilatçılığı ilə təşkil olunan müzakirələr,minatəmizləmənin təbii ehtiyatların qorunması və biomüxtəlifliyinbərpası üçün əhəmiyyətini bir daha nümayiş etdirib. COP29-un əsasmövzuları ilə səsləşən bu tədbir, gələcək üçün daha təhlükəsiz vədayanıqlı mühitin təmin olunmasında mühüm bir addım olub.