Bakı. Trend:
Dünya əhalisinin böyük bir hissəsi su qıtlığından əziyyət çəkirvə gələcəkdə bu problemin daha da kəskinləşəcəyi gözlənilir.
Trend xəbər verir ki, bubarədə COP29 çərçivəsində “Azərbaycanın ekoloji fəaliyyətininüçüncü icmalı” mövzusunda keçirilən tədbirdə çıxışı zamanıekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovdeyib.
O qeyd edib ki, Dövlət Su Komissiyası çərçivəsində suehtiyatlarının səmərəli istifadəsi, itkilərin azadılması, yeni sumənbələrinin yaradılması, uçotun təkmilləşdirilməsi, idarəetməninelektronlaşdırılması və digər istiqamətlərdə genişmiqyaslıtədbirlər həyata keçirilir.
“Prezident İlham Əliyevin 2024-cü il 10 oktyabr tarixlisərəncamı ilə “Su ehtiyatlarından səmərəli istifadəyə dair MilliStrategiya” təsdiq edilib. Milli Strategiyanın icrası suehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyuilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetməninmüasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinəriayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdətutur.
Bu gün atmosfer havasının keyfiyyəti ilə bağlı əsas narahatlıqnəqliyyat vasitələrinin sayının sürətlə artması və bir çox hallardaekoloji standartlara cavab verməyən köhnə avtomobillərin istifadəsiilə bağlıdır. Nəqliyyat sektorundan emissiyaların azaldılması üçünölkənin avtomobil parkının yenilənməsi və ekoloji cəhətdən təmizavtomobillərdən istifadənin genişləndirilməsi istiqamətindətədbirlər görülür. Elektrik və hibrid mühərriki ilə işləyənavtomobillər üçün güzəştlər, nəqliyyat vasitələrinin idxalınaistehsal tarixindən asılı olaraq differensial yanaşma tətbiqedilir.
Tullantıların idarə olunması məsələsi də diqqət tələb edir. Bakışəhərində məişət tullantılarının idarə edilməsində artıqnailiyyətlər vardır. Bölgələrdə müasir regional poliqonların vəötürücü məntəqələrin qurulması və mövcud poliqonlarınreabilitasiyası nəzərdə tutulur. Hazırda işğaldan azad edilmişərazilərdə tullantıların müasir standartlara uyğun idarə edilməsisisteminin qurulması işlərinə də başlanılıb”,- deyə nazir müaviniəlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.