Çinə sanksiya tətbiqi başlayır
Avropa İttifaqı (Aİ) Rusiyaya silah tədarükündə şübhələrə görə Çinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşır.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, bunu Almaniyanın “FAZ” nəşri özəl mənbələrdən aldığı məlumat əsasında yazıb.
Aİ-nin baş diplomatı Cosep Borrell artıq xarici işlər nazirlərinin görüşündən əvvəl Aİ üzvlərini kəşfiyyatın araşdırmaları barədə məlumatlandırıb. O, həmçinin tədbir görməyə çağırıb, çünki Çinin Rusiyaya “öldürücü dəstək verdiyi” sübuta yetirilib.
E. KAMAL